ESPN-in aparıcısı Stiven Ey Smit cari mövsümdə pis təsir bağışlayan “Leykers”in uğursuzluğu haqda danışıb.
Onun dediyinə görə, “Leykers” rəhbərliyinin yerində olsaydı, superulduzlardan Lebron Ceymslə Entoni Devisi dəyişər və yenidənqurmaya başlardı:
“Rassell Uestbruku bir saniyə unudun. Mən Lebronla Entonini dəyişərdim. Onların kluba neçəyə başa gəldiyini bilirəm, heç yerə getməyəcəklər. “Leykers” belə etməyəcək – bunu bilirik. Sizlə açıq danışacam. Lebron hələ də böyük dəyərə malikdi, ona görə ki, kluba qazanc gətirir. Mən bir neçə gənc oyunçu götürər və başqa istiqamətdə hərətək edərdim. Ona görə ki, “Leykers” batan gəmidi, artıq qalxmayacaq. Bu klub “Titanik”di, indiki heyətlə asta-asta batır...”