“Kike, get!”

8.11.2022 14:56 284
Dünya futbolu
“Vilyarreal”ın azarkeşləri Kike Setyenin fəaliyyətindən narazıdılar.

Football-plus.az xəbər verir ki, komanda baş məşqçi vəzifəsinə oktyabrın 25-də Unay Emerinin yerinə təyinat alan mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk 4 oyunda üç dəfə uduzub, bir dəfə isə heç-heçəyə nail olub.

La Liqanın “Malyorka” ilə son matçında (0:2) fanatlar “Kike, get!” sözlərini qışqırıblar. Setyen buna belə reaksiya verib:

“Azarkeşlərin nəticəyə görə narazılığını başa düşürəm. Biz bu oyunda qalib gəlməliydik. Amma buna nail ola bilmədik və fanatlar narazılıqlarını ifadə etdilər. Belə şeylər baş verir. Çünki futbol dəqiq elm deyil”.