Ermənistan Futbol Federasiyası rusiyalı mütəxəssis Valeri Karpinlə danışıqlar aparır.
"Football-plus.az" xəbər verir ki, qurum millinin boş qalmış sükanı arxasına təcrübəli mütəxəssis gətirmək niyyətindədi.
Danışıq aparılanlar içərisində Valeri Karpin də var. Ermənistan tərəfi məsələyə şərh verməkdən imtina edib. Rusiya Futbol ittifaqı isə 5 noyabrda Valeri Karpinlə 2024-cü ilin avqustun 4-nə qədər olan müqavilələrinin olduğunu mətbuata açıqlayıb.