Valeri Karpin “Rostov”dakı fəaliyyətini davam etdirəcək.
Rusiya klubu baş məşqçi lə müqaviləni yeniləyib. 53 yaşlı mütəxəssisin yeni sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Karpin həm də Rusiya yığmasının baş məşqçisidi. “Rostov” ölkə çempionatında son mövsümü onun rəhbərliyi altında 9-cu yerdə başa vurub.