Norveçin "Bude/Qmilt" klubu rusiyalı qapıçı Nikita Xaykinlə sağollaşıb.
Elitseriyanın 29-cu turunda “sarı ordu” “Vikinq”i 5:4 hesabı ilə məğlub edib. Görüşün fasiləsində baş məşqçi Hetil Knutsen qolkiper Xaykini əvəvzləyib. Meydan sahiblərinin azarkeşləri rusiyalı qapıçını alqışlayıb. Bu “sarı ordu”nun qış fasiləsinə kimi sonuncu ev oyunu olub. Xaykin “transfer pəncərəsi” dövründə azad agent olacaq.