Norveç klubu Vacini transfer etmək istəyib

1.04.2022 01:18 912
Premyer-liqa / Manşet
Norveçin "Valerenqa" klubunun "Qarabağ"ın futbolçusu İbrahima Vcini transfer etmək istədiyi barədə xəbərlər yayılıb.

Adı çəkilən ölkənin mətbuatı Oslo təmsilçisinin hücum xəttini seneqallı oyunçu ilə möhkəmləndirmək istədiyini yazıb.

Ancaq "Valerenqa"nın idman direktoru Yorgen İngebriqtsen "TV-2"yə müsahibəsində bu xəbərləri təkzib edib:

"Vaci ilə ötən yay maraqlanmışdıq. Amma hazırda o, diqqət mərkəzimizdə deyil".

Qeyd edək ki, hücumçu ötən ilin avqustunda Norveçin "Haugesund" klubundan "Qarabağ"a keçib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul