Lopetegi özünə yeni iş tapdı

5.11.2022 21:16 364
Dünya futbolu
Xulen Lopetegi özünə yeni iş tapıb.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis bundan sonra İngiltərədə işləyəcək.

Oktyabrda “Sevilya”dan istefaya göndərilən məşqçi “Vulverhempton”la anlaşıb. Lopetegi bu komandaya dünya çempionatı start götürənə qədər başçılıq etməyəcək. Onun “canavarlar”ın başına premyer-liqanın “Arsenal”la noyabrın 12-nə təyin olunan matçından sonra keçəcəyi bildirilib.