Lopetegi İngiltərəyə can atır

11.10.2022 14:14 376
Dünya futbolu
Bir neçə gün əvvəl “Sevilya”dan qovulan Xulen Lopeteginin işsiz günləri çox da çəkməyə bilər.

Football-plus.az xəbər verir ki, onun karyerasını İngiltərədə davam etdirmək şansı yüksəkdi. İspaniyalı mütəxəssis premyer-liqada çıxış edən “Vulverhempton”la danışıq aparır.

Lopeteginin bu klubun qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən çalışdırıcısı Bruno Lajenin yerini tutacağı iddia edilir.