"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın FKSB klubunun sükanı arxasına keçmək ehtimalından danışıb.
Football-plus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis haqda "Playsport.ro" saytına açıqlama verib.
"Bunu şərh etmək istəmirəm. Çünki deyəcəyim hər şey şərhə yol açacaq. FKSB ürəyimdə əbədi olan komandadı. Klub prezidenti Cici Bekaliyə hörmət edirəm, orada nə etmək lazım olduğunu bilən insanlar var. Bu mövzuda müzakirəyə girmək istəmirəm".