"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf komandadan ayrıla bilər.
Football-plus.az xəbər verir ki, onun yenidən Rumıniyanın "Styaua" klubunda çalışacağı ilə bağlı xəbərlər yayılıb. Bu barədə ölkəsinin "Prosport.ro" portalı məlumat yayıb. Mütəxəssisin bu vəzifəyə əsas namizəd hesab olunduğu bildirilib.
Həmçinin, çalışdırıcının sabiq klubunun təklifini rədd etməyəcəyi söylənir. Onun "Neftçi" ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. "Styaua" Regekampfı heyətinə qatmaq istəyirsə, "Neftçi"yə 350 000 avro ödəməli olacaq.