“Atletiko” rəhbərliyi Dieqo Simeone ilə bağlı qərar verib.
Baş məşqçi istefaya göndərilməyəcək. Yerli mənbələr argentinalı mütəxəssisin rəhbərlik qarşısında böyük etimadının olduğunu qeyd edir. Bu səbəbdən indi onun istefası aktual deyil. Amma rəhbərlik komandanın cari mövsümdəki nəticələrindən narazıdı. Bununla belə, klub Simeoneyə mövsümün sonuna qədər vəziyyəti düzəltmək üçün vaxt və fürsət vermək niyyətindədi.
“Atletiko” La Liqada 6 oyuna 10 xalla 7-ci yeri tutur. Komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 2 oyunda 3 xal toplayıb.