• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bebek yenidən “Fənər”in oyununa təyinat aldı! - Məsələyə UEFA qarışmalı oldu

Avropa Liqası

3-11-2022, 14:0

Çempionlar Liqasının ardından bu gün Avropa və Konfrans Liqasında da qrup mərhələsinə yekun vurulacaq.

Football-plus.az xəbər verir ki, Türkiyəni bu mövsüm avrokuboklarda uğurla təmsil edən, Avropa arenasında keçirdiyi son 9 qarşılaşmada uduzmamaqla şəxsi rekordunu təkrarlayan “Fənərbaxça” Krakovda çox mühüm bir oyuna çıxacaq. İstanbul nəhəngi Kiyev “Dinamo”su ilə səfər matçını məlum səbəblər üzündən məhz bu şəhərdə keçirəcək. “Sarı-lacivərdlilər” həm məğlubiyyətsiz seriyanı uzadaraq şəxsi rekordunu yeniləməyə, həm də qrup liderliyini rəsmiləşdirməyə çalışacaq. “Renn”lə dueldə şəxsi oyunlarda bərabərlik olduğundan top fərqi əsas götürüləcək. Yayda ÇL-in təsnifatında məhz elə “Dinamo”ya uduzaraq bu turnirdə mübarizəni davam etdirə bilməyən istanbulluların həm də bu rəqiblə öz haqq-hesabı var.

Bu arada matçın hakimlər briqadası məlum olandan sonra sözün əsl mənasında qiyamət qopdu. Əsas hakim 38 yaşlı xorvatiyalı Duye Strukan, yan xətt hakimləri Boyan Zobenitsa və Alen Yaksiçdi. Bura qədər heç bir problem yoxdu. Amma 4-cü hakimin İvan Bebek olması “Fənərbaxça” düşərgəsində böyük narazılıqla qarşılandı. Bu ad bütün “Fənər”lilərə gözəl tanışdı. 2016-cı il martın 17-də AL-in 1/8 finalının cavab oyunu çərçivəsində Portuqaliyada “Braqa”ya qarşı matçda məhz bu ədalət təmsilçisi komandanı sanki dilim-dilim doğramışdı. Oyun 1:1 hesabı ilə davam edərkən Bebek 66-cı dəqiqədən sonra “Fənər”in 3 oyunçusuna – Mehmet Topal, Alpər Potuk, Volkan Şənə qırmızı vərəqə göstərmiş, eləcə də baş məşqçi Vitor Pereyranı tribunaya göndərmişdi. 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Fənər” həmin qalmaqallı idarəçilikdən sonra həm UEFA-ya, həm də Türkiyə Futbol Federasiyasına rəsmi şikayət ünvanlamış, Bebek də bir neçə aylıq cəza almışdı. Belə bir şəxsin 4-cü hakim kimi olsa belə, yenidən “Fənər”in oyununa təyin edilməsinin camiədə birmənalı qarşılanmaması normaldı. Bu üzdən heç kimin başı ağrımasın deyə 4-cü hakim dərhal dəyişdirildi. “Dinamo” – “Fənər” oyununda bu funksiyanı Marin Vidulin icra edəcək! Əvvəlcə belə güman olunurdu ki, Bebek özü bu qarşılaşmada iştirak etmək istəmədiyini UEFA-ya bildirib. Amma reallıq başqa cür imiş. Türkiyəli həmkarlarımızın bu məsələni bir qədər dərindən araşdırmasından sonra ortaya maraqlı faktlar çıxdı. Əvvəla məlum oldu ki, Bebeki bu oyuna UEFA yox, Xorvatiya Futbol Federasiyası (XFF) təyin edibmiş. UEFA oyunlara yalnız əsas hakimi və köməkçilərini təyin edir. 4-cü hakimi isə hakimlər briqadasının aid olduğu ölkənin federasiyası müəyyənləşdirir. Təsadüfə bax ki, Bebek Avropa karyerasını bitirməyə hazırlaşırdı və XFF onu “Fənər”in oyununa göndərməklə 45 yaşlı ədalət təmsilçisinə kiçik bir jest etmək istəyirdi. Hər halda, bu, Türkiyə mətbuatının iddiasıdı. Amma “Fənər” cəbhəsinin hay-küy qaldırmasından sonra UEFA Bebekdən İstanbul nəhəngi ilə problemi olub-olmadığını soruşub. Bebek keçmişdə problem yaşadığını etiraf edincə, UEFA XFF-dən 4-cü hakim kimi başqa ədalət təmsilçisinin təyin olunmasını tələb edib. Bu üzdən Bebeki Vidulin əvəzləyib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-07-2022, 12:0

''Fənərbaxça'' - ''Dinamo'' oyununda ''Putin'' qalmaqalı

Dünya futbolu

20-06-2022, 18:0

“Konyaspor” BATE ilə hər iki oyunu evdə keçirəcək

Dünya futbolu

6-08-2022, 12:0

''Fənər'' ''Putinə görə'' hansı cəzanı aldı?

Çempionlar Liqası

31-10-2022, 12:0

Azərbaycanlı hakim Çempionlar Liqasının qrup oyununa təyinat aldı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə