"Football-plus.az" xəbər verir ki, yarışdan öncə komandanın qarşısına “dördlər finalı”na vəsiqə qazanmaq məqsədi qoyulmuşdu. Bu üzdən komandanın heyəti yeniləndi, braziliyalı legionerlərin “axını” başladı. Joze Alesio da startdan öncə iddialı açıqlamalarla gündəmə düşmüşdü. Fiaskodan sonra isə braziliyalı mütəxəssisin istefası müzakirə mövzusudu.
Bütün bunları nəzərə alaraq “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Klub rəsmisi komandanın çıxışının bu gün müzakirə olunacağını söylədi:
"Turnirə yaxşı hazırlaşmışdıq, ümid edirdik ki, qrup birincisi olacağıq. Amma fərqli nəticə qeydə alındı və hər 3 oyunda uduzduq. Keçirdiyimiz hər oyunda çatışmazlıqlar gözə dəyirdi. Hər şey göz önündədi, uğursuz çıxış etdik. Düşünürəm ki, komandadakı çatışmazlıqları, taktiki-texniki səhvləri baş məşqçi daha yaxşı bilir. Sabah (bu gün) iclasımız olacaq və braziliyalı mütəxəssis ÇL-dəki çıxışla bağlı hesabat verəcək".
ABDULLA İSMAYILOĞLU



