Kərim Benzema ilə bağlı xoş xəbər yayılıb.
“Real”ın aparıcı futbolçusu zədəsini sağaldıb. “El Chiringuito TV”nin xəbərinə görə, fransalı hücumçu La Liqanın 7-ci turunun “Osasuna” ilə oktyabrın 2-nə təyin olunan oyununda iştirak edə bilər.
Xatırladaq ki, Benzema Çempionlar Liqasının qrup mərhələsinin sentyabrın 6-da keçirilən “Seltik”lə matçında (3:0) zədələnmişdi.