Finalissima adlanan oyunda Avropanın son çempionu İtaliyanı məğlub edən (3:0) Argentina yığmasının seriyası davam edir.
“Albiselesta” artıq 32 oyundu (21 qələbə, 11 heç-heçə) məğlubiyyətin nə olduğunu bilmir. Bu, Argentina millisinin tarixində ən uzun məğlubiyyətsiz seriyadı. Belə ki, “ağ-mavilər” 1991-93-cü illərdə ardıcıl 31 matçda uduzmayıblar.
Yeri gəlmişkən, yığmalar arasında məğlubiyyətsizlik rekordu İtaliyaya məxsusdu. “Skuadra adzurra” ardıcıl 37 oyunda heç bir rəqibinə boyun əyməyib. Deməli, Argentina yığması dünya rekordunu yeniləmək üçün daha 6 matçda uduzmamalıdı.