“Arsenal” heyətinə yeni futbolçu cəlb etdiyini açıqlayb.
İngiltərə klubunun mətbuat xidmətinin məlumatında “San Paulu”dan 19 yaşlı hücumçu Markinyos Oliveyranın transfer edildiyi bildirilib. Xatırladaq ki, londonlular Braziliya klubu ilə yanvarda razılığa gəlmişdilər. Daha əvvəl Markinyosun yeni klubuna təxminən 3-3,5 milyon avroya başa gələcəyi xəbər verilmişdi. O, bu il müxtəlif turnirlərdə meydana çıxdığı 15 oyunda 2 qolun və 1 məhsuldar ötürmənin müəllifi olub.