Qolkiper Çempionlar Liqasında rekorda imza atdı

30.10.2022 11:51 318
Dünya futbolu
Çempionlar Liqasının 5-ci turunda “Portu” “Brügge”ni səfərdə 4:0 hesabı ilə darmadağın etdi.

Football-plus.az xəbər verir ki, Portuqaliya təmsilçisinin qapıçısı Dioqo Koşta 51-ci dəqiqədə Lanqın zərbəsinin öhdəsindən gəldi.

Maraqlıdı ki, 23 yaşlı qapıçı bir an əvvəl Vanakenin də zərbəsini qaytarmış, ancaq hakim penaltinin yenidən vurulmasını istəmişdi. Koşta buna qədər “Bayer”lə 3-4-cü turun oyunlarında Şik və Dəmirbəy ilə dueldən də qalib ayrılmışdı. Beləliklə, portuqaliyalı qapıçı cari mövsümdə 3 penalti qaytarıb. Bu isə müvafiq statistikanın aparıldığı 2003/04 mövsümündən bəri turnirin rekordudu.