Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, UEFA-nın məlumatında ən baxımlı qolun müəllifi və qrup mərhələsinin 4-cü turunun rəmzi komandası da açıqlanıb.
Son Hın Min azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. “Tottenhem”in 30 yaşlı koreyalı yarımmüdafiəçi səsvermədə Roberto Firmino (Liverpul), Simon Minyole (Brügge) və Omer Atsilini (Hayfa “Makkabi”si) qabaqlayıb. Xatırladaq ki, Son “Ayntraxt”a (Frankfurt) 3:2 hesabı ilə qalib gəldikləri matçda dubl etmişdi. Onun 36-cı dəqiqədə qapıya yol tapdığı epizod turun ən baxımlı qolu kimi dəyərləndirilib.
4-cü turun rəmzi komandasına “Liverpul”un 3, “Portu” və “Makkabi”nin (Hayfa) 2, digər 4 komandanın isə hərəyə 1 futbolçusu layıq bilinib: qapıçı - Dioqu Koşta (Portu); müdafiəçilər - Tanqi Nyanzu (Sevilya), Antonio Rüdiger (Real), Pyer Kornyu (Makkabi H); yarımmüdafiəçilər - Omer Atsili (Makkabi H), Venderson Qaleno (Portu), Leon Qoretska (Bavariya), Son Xın Min (Tottenhem); hücumçular - Məhəmməd Salah, Roberto Firmino, Dioqu Jota (hamısı “Liverpul”).