Qapıçı ÇL-də rekordçu oldu

27.10.2022 21:50 370
Çempionlar Liqası
Dioqo Koşta adını Çempionlar Liqasının tarixinə yazıb.

“Portu”nun qapıçısı “Brügge” ilə matçda (4:0) növbəti penaltini dəf edib. O, daha əvvəl qrup mərhələsinin “Bayer-04” ilə hər iki oyununda Patrik Şik ilə Kərəm Dəmirbayın zərbələrinin qarşısını almışdı. 23 yaşlı Koşta ÇL-in bir mövsümündə 3 penalti dəf edən ilk qapıçı kimi tarixə düşüb.