Messi bu göstəricidə də Ronaldonu qabaqladı

28.10.2022 22:20 324
Dünya futbolu
Çempionlar Liqasının 5-ci turunda PSJ “Makkabi”ni (Hayfa) darmadağın etdi - 7:2.

Football-plus.az xəbər verir ki, qarşılaşmada dubl edən Lionel Messi rekorda imza atıb. Argentinalı 23-cü dəfə cərimə meydançası xaricindən qol vurdu.

Ulduz futbolçu turnirdə debüt etdiyi 2004/05 mövsümündən bəri bu göstəricidə hamını qabaqlayır. O, Kriştiano Ronaldodan bir top irəlidədi.

Qeyd edək ki, turnirdə qol sayını 129-a çatdıran 35 yaşlı Messi bu mənada portuqaliyalıdan 11 top geri qalır.