Luka Modriç beynəlxalq karyerası ilə bağlı qərar verib. O, Xorvatiya millisindəki çıxışını DÇ-2022-dən sonra başa vuracaq.
“Real”ın təcrübəli futbolçusu bu barədə belə açıqlama verib:
“Artıq müəyyən yaşa çatdığımı və qarşıdakı dünya çempionatının Xorvatiya millisində sonuncu turnirim olduğunu bilirəm”.
Modriç milli komandada 2006-cı ilin martında debüt edib. 37 yaşlı yarımmüdafiəçi Xorvatiya yığmasında 154 oyuna çıxıb, 23 qol vurub və 24 məhsuldar ötürmə edib.
Onu da xatırladaq ki, DÇ-2022-nin final mərhələsi noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Xorvatiya mundialda F qrupunda Belçika, Kanada və Mərakeş ilə mübarizə aparacaq.