Xorvatiyada 2021/22 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Luka Modriç olub. O, Xorvatiya çempionatında çıxış edən oyunçular və yerli məşqçilər arasında keçirilən ənənəvi sorğuda hamını qabaqlayıb. Modriçin 2013-cü ildə təsis edilən “Trofey Noqometaş” mükafatını ardıcıl 10-cu dəfə qazandığını xüsusi qeyd edək. Başqa sözlə, bu mükafat indiyədək yalnız 36 yaşlı Lukaya qismət olub!
O, ötən mövsüm “Real”la İspaniya çempionatında, ölkə superkubokunda və Çempionlar Liqasında qalib gəlib.
Modriç bu mükafatı “özəlləşdirib”!
Dünya futbolu



