Millətlər Liqasının Fransa ilə oyunu (1:1) Luka Modriç üçün əlamətdar olub.
O, Xorvatiya yığmasında 150-ci oyununu keçirməklə sahibi olduğu rekordu bir qədər də möhkəmləndirib. “Real”ın 36 yaşlı yarımmüdafiəçisi milli komandaya 2006-cı ildən dəvət alır. O, müddətdə rəqib qapılarına 21 dəfə yol tapıb.
Yığmada oyun sayına görə növbəti iki yeri Dario Srna (134) ilə Stipe Pletikosa (114) tuturlar.