Azərbaycan premyer-liqasının 7-ci turunda "Turan Tovuz"la matç "Sabah"ın kapitanı Elvin Camalov üçün əlamətdar olub.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi “Bank Respublika Arena”da keçirilən və Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda fərqlənməyi bacarıb.
Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Elvin Azərbaycan çempionatında ilk qoluna imza atıb.