"Olimpiakos" bizi yaxşı təhlil etmişdi" - Zubir

14.10.2022 14:50 408
Avropa Liqası
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

"Footbal-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan yarımümdafiəçi Yunanıstanda "Olimpiakos"u məğlub etdikləri matça Bakıdakı görüşü müqayisə edib:

"İlk oyuna nəzərən bu matç daha çətin keçdi. "Olimpiakos" bizi yaxşı təhlil etmişdi. Çox imkanımız olmadı. Qarşımızda 2 matç var. Yaxşı nəticə əldə etmək üçün çalışacağıq".


Zubir matçdan sonra rəqib komandanın oyunçusu Kamara ilə söhbətindən də danışıb:

"Fransada ona qarşı oynamışam. Yaxşı münasibətimiz var. O, mənim dostumdu və oyun haqda danışdıq".


30 yaşlı futbolçu Avropa Liqasının qarşıdakı iki oyunundan gözləntilərini bölüşdü:

"Frayburq" artıq qrupdan çıxıb. Biz də mərhələ adlamaq üçün mübarizə aparacağıq. "Nant" və "Frayburq"la oyunda qələbə qazanmağa çalışacağıq".