"Football-plus.az" xəbər verir ki, polşalı forvard Çempionlar Liqasının qrup mərhələsində sabiq komandası "Bavariya"ya məğlubiyyətdən söz açıb:
"Bavariya" ilə oyun bizim üçün dərs oldu. Matçdan əvvəl üslubumuzu ortaya qoyub, çoxlu qol imkanları yarada biləcəyimizi düşünmürdüm. Lakin matç göstərdi ki, bunu bacarırıq. Bəli, səhvlərimiz oldu. Amma düzünü desəm, "Bavariya" ilə oyunda azı heç-heçəyə layiq idik.
Təbii ki, "Bavariya"nı məğlub etmək, qol vurmaq istəyirdim. Mənim üçün sıradan bir oyun deyildi. Ən emosional anım? "Allianz Arena"ya daxil olduğum vaxt. Bundan başqa, paltardəyişmə otağına gedəndə də fərqli hisslər keçirdim. "Barselona" ilə müqavilə imzalayandan sonra Münhenə gedib, "Bavariya" azarkeşləri ilə vidalaşdım".

Levandovski bu mövsüm 8 oyunda 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.