Ardıcıl 5-ci dəfə penaltini dəf etdi, tarixə düşdü

28.09.2022 16:15 412
Dünya futbolu
İsveçrə millisinin qapıçısı Yan Sommer tarixi uğura imza atıb.

"Football-plus.az" xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Çexiyanı 2:1 hesabı ilə məğlub etdikləri matçında buna nail olub.

61-ci dəqiqədə penaltini dəf edən Sommer, ardıcıl 5-ci dəfə bu çətin işin öhdəsində gəlməyi bacarıb. O, 2020-ci ilin noyabrından indiyədək 5 penaltini dəf edib.