Dieqo Kosta La Liqa yolunda

11.08.2022 19:30 449
Dünya futbolu
İspaniyalı hücumçu Dieqo Kosta karyerasını La Liqada davam etdirə bilər.

Football-plus.az
xəbər verir ki, futbolçu tezliklə "Rayo Valyekano"ya keçəcək. "Marca"nın məlumatına görə, onunla cümə axşamı müqavilə imzalanacaq.

Kostanın 2011-12 mövsümündə də çıxış etdiyi komandaya qayıdışında klubun prezidenti Raul Martin Presa iştirak edib. O, şəxsən danışıqlar aparıb.