Football-plus.az xəbər verir ki, UEFA final matçının təşkilatçılıq hüququnu Sankt-Peterburqdakı “Qazprom Arena”dan Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə fevralın 25-də almış və Fransanın Sen Deni şəhərindəki “Stad de Frans”a vermişdi. Həlledici oyunda “Real” “Liverpul”u minimal hesabla məğlub etmişdi.
ÇL-in final matçına hazırlıq üzrə Təşkilat Komitəsinin sabiq baş direktoru Aleksey Sorokin jurnalistlərə mövzu ilə bağlı bunları bildirib:
“UEFA tərəfindən bütün xərclər ödənilib. Məsələ artıq bağlanıb. UEFA-nın indi borcu yoxdu. Bu məsələdə heç bir çətinlik yox idi, sadəcə, təzminatın məbləği uzun müddət müzakirə olundu. Bunlar normal, işgüzar müzakirələr idi. Onların Sankt-Peterburqdakı stadionun rəhbərliyi ilə münasibətləri barədə dəqiq söz deyə bilmərəm. Əsas odu ki, final matçı üçün çəkilən bütün xərclər podradçı təşkilatlara ödənilib”.

