"Qarabağ" avqustun 9-da Çempionlar Liqasının 3-cu təsnifat mərhələsinin cavab matçında "Ferentsvaroş"la qarşılaşacaq.
Football-plus.az xəbər verir ki, Ağdam təmsilçisinin səfər planları bəlli olub. "Köhlən atlar" sabah səhər saatlarında Budapeştə yollanacaq. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə dedi: "Çempionda oyun keçirdiyimiz üçün bu mövsüm ilk dəfədi ki, oyuna 2 yox, 1 gün qalmış yollanırıq. Budapeştdə Kempinski oteldə məskunlaşacağıq. Elə həmin gün Macarıstan saatı ilə 18.40-da baş məşqçimizin mətbuat konfransı olacaq. 19.00-da isə ilk 15 dəqiqəsi media üçün açıq məşqimiz olacaq".
İLKİN SULTANLI