• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gəncəli ziyalı AGİN, AFFA və icra başçısından kömək istədi

Premyer-liqa / Manşet

23-10-2022, 15:0

“Kəpəz”in premyer-liqada zəif çıxışı, “Neftçi” ilə matçda stadionda yaşananlar əksər gəncəliləri narahat edib.

Bir neçə gün öncə əslən bu şəhərdən olan veteran futbolçu Maşallah Əhmədov “Kəpəz” haqda ürəkyanğısı ilə fikirlərini bölüşmüşdüsə, dünən Gəncədən olan ziyalı Şahin Verdiyev redaksiyamızla əlaqə saxlayıb, “sarı-göylər”in bugünkü durumu ilə bağlı danışmaq istədiyini söylədi.

64 yaşlı azarkeşi dinləyək:

“Əvvəlcə özümü tanıdım. 1958-ci ildə Gəncədə anadan olmuşam. Orta və ilk orta-ixtisas musiqi təhsilimi bu şəhərdə almışam. 1979-dan isə Bakıda yaşayıram. İki akademik təhsilim var. Həm Musiqi Akademiyasını, həm də Heydər Əliyevin sərəncamı ilə 1999-2002 aralığında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. 11 yaşımdan “Kəpəz”in sadiq azarkeşiyəm. Gəncə futbolunun çox tanınmış nümayəndələri olub ki, bunu bütün ölkə bilir. İstər ötən əsrdə, istərsə də müstəqillik illərində Gəncə Azərbaycan futboluna tanınmış simalar bəxş edib. Yəqin heç kim bunu danmaz. Ötən əsrin 90-cı ilnin əvvəlləri idi. Zakir Məmmədov kluba sponsorluq edirdi. “Kəpəz”in uğur qazanması üçün Əhməd Ələsgərovu Odessadan Gəncəyə gətirmişdi. Həmin vaxt komandanın oyunları bir tərəfə, məşqlərinə minlərlə azarkeş toplaşırdı. İndi görün “Kəpəz” necə acınacaqlı vəziyyətə düşüb. Çox təəssüf ki, bu gün klubun idarəçiliyi, rəhbərliyi naşı adamların əlindədi. Bu yaxınlarda Müşahidə Şurasının sədri İlqar Nadiriyə zəng vurdum. Komandanın niyə belə rəzil günə düşməsinin səbəbi ilə maraqlandım. Mənə nağıl danışmağa başladı. Gah dedi, “pul yoxdu”, gah “evimi satıb komandaya xərcləmişəm, ancaq heç nə alınmır” söylədi. Gah da bacara bilmədiklərini vurğuladı. Belə klub rəhbəri olar? Düşərgədə nizam-intizam aşağı səviyyədədi. Bunu hamı görür, bilir. Futbolçular məndən inciməsin, düzünü deyəcəm. Ustalıq səviyyəsi aşağı olan oyunçuların hamısını “Kəpəz”ə cəlb ediblər. Görün klub nə gündədi ki, stadiona tablo qoya bilmirlər. Görəsən, İlqar Nadiri Gəncə futbolunun tarixindən, ənənələrindən xəbərdardı, bu şəhərin yetirmələrini tanıyır? Əvəzetmələr zamanı istifadə olunan elektron tablo belə yoxdu. Niyə bu rəhbərlik Gəncəni ölkədə biabır edir? Ona Gəncənin böyük şəhər, Nizami yurdu, Cavad xanın eli olduğunu bir daha xatırlatdım. Burda böyük ədiblərin yaşadığını söylədim. Söhbət əsanasında Nadiriyə bu insanların ruhu xatirinə klubdan getməli olduqlarını bildirdim. Kluba futbolu bilən mütəxəssislər gəlməlidi. Maşallah Əhmədovun söylədikləri ilə tanışam. Klubda məhz Əhmədov, Mehman Allahverdiyev, Asif Əliyev, Vəli Qasımov kimi bu şəhərdən çıxan futbol adamları çalışmalıdı. Bu şəhərin özünəxas ab-havası, mentallığı var. Gəncə azarkeşi kənardan gələn mütəxəssisi heç vaxt qəbul etməyib. Bu gün “sükan arxasında” Əhməd Ələsgərov çapında məşqçi olsaydı, bəlkə də gəncəlilər onu qəbul edərdi. Mərhum Sergey Kramarenko, dünyasını dəyişən Rəşid Özbəyov, həyatda olan Mehman Allahverdiyev kütlə tərəfindən sevilib və qəbul olunub. İndiki rəhbərliyi isə Gəncədə ürəyi futbolla döyünən insanların çoxu qəbul etmir. Sizi əmin edirəm ki, uğursuzluqlar sıralandıqca, klubu indi idarə edənlər bir müddət sonra qaçıb gedəcəklər. Komanda yenə qalacaq kiminsə ümidinə. Mətbuat vasitəsi ilə bu yodaşlardan xahiş edirəm, çəkilin kənara, imkan verin kluba futbolu bilən mütəxəssislər gəlsin”.
Sonda Şahin bəy Gənclər və İdman Nazirliyinə, AFFA-ya, Gəncənin icra başçısına müraciət etməyi də unutmadı: “Gəncə futbolla nəfəs alan şəhərdi. Aidiyyatı qurumlardan xahiş edirəm, şəhərdə futbolun dirçəlməsi, aşağı yaş qruplarının inkişafı naminə əllərindən gələni əsirgəməsinlər. Stadionun bərpası üçün lazımi tədbirlər görsünlər. Bir də üzümü Gəncənin imkanlı şəxslərinə, ölkə xaricində yaşayan gəncəlilərə tutub deyirəm: şəhərin futbol infrastrukturunun bərpası, “Kəpəz”in əvvəlki əzəmətini geri qaytarmaq üçün siz də nəsə edin, yardımınızı əsirgəməyin”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa

6-10-2022, 12:0

"Kəpəz" Gəncədə hazırlaşır

Premyer-liqa / Manşet

18-09-2022, 19:0

“Kəpəz”in hər ev oyununa nə qədər xərci çıxır? - ÖZƏL

Premyer-liqa

8-08-2022, 20:0

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

Aktual
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
Son xəbərlər
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 163
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə