"Arsenal" daha bir futbolçusunu komandada saxlayıb.
Football-plus.az xəbər verir ki, londonlular müdafiəçi Qabriel Maqalyaeslə müqavilənin müddətini uzadıb. Klubun mətbuat xidməti sözləşmənin müddətini açıqlamayıb. Lakin anlaşmanın uzunmüddətli olduğunu qeyd edib.
24 yaşlı braziliyalı müdafiəçi bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 13 oyuna çıxıb və 1 qol vurub.