Gəncə təmsilçisinin vitse-kapitanı əvəzedicilərin heyətində 1-ci divizionda "Səbail-2" ilə oyunda meydana çıxaraq komandasını qələbəsində əsas pay sahibi olub. "10 nömrə" həm qol vurub, həm də məhsuldar ötürmə ilə diqqəti çəkib. Bunu nəzərə alaraq onunla əlaqə saxladıq. Əli Səmədovun “Football-plus.az” saytına açıqlaması belə oldu:
"İstər "Kəpəz"in əsas, istərsə də əvəzedici komandasında oynayım, fərq etməz. Əsas odu ki, doğma komandama faydam olsun. Hər şeydən əvvəl mən gəncəliyəm. Ona görə də hər iki komandamın uğuru mənim də uğurumdu. Bundan sonra da "Kəpəz" camiəsinin uğurları üçün əlimdən gələni edəcən".
ABDULLA İSMAYILOĞLU





