Şəhriyar Məmmədyarov heç-heçə etdi

6.05.2022 23:40 594
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Qarşılaşma 37-ci gedişdə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdı.