Qrossmeysterimiz Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində mübarizəyə başlayıb.
Football-plus.az xəbər verir ki, o, ilk görüşündə yarışın təşkilatçısı Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan “Şah” 45-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu gün ümumilikdə 4 oyun keçirəcək Məmmədyarovun növbəti rəqibləri polşalı Yan Kşiştof-Duda, niderlandlı Aniş Qiri və kanadalı Erik Hansen olacaq.