"Milan"da ciddi itki baş verib.
Football-plus.az xəbər verir ki, komandanın qapıçısı bu həftəsonu məşq zamanı zədəsini təkrarlayıb. Keçən ay Fransa millisində oynayarkən Menyan baldırından xəsarət alıb və xəstəxanaya yerləşdirilmişdi.
Ötən gün qolkiper tam sağaldığını və "Monza" ilə matçda meydana qayıtmağa hazır olduğunu bildirib. Bununla belə, o, məşqdə yenidən eyni yerdən zədələnib.