Levandovski sıradan çıxdı

17.03.2022 20:19 503
Dünya futbolu
“Bavariya”nın aparıcı futbolçusu Robert Levandovski zədələnib.

33 yaşlı hücumçu komandanın dünənki məşqində dizindən xəsarət alıb. Polşalı oyunçu qapıya zərbələr zamanı sürüşüb və bir neçə dəqiqə yerdə qalıb. Meydanı axsayaraq tərk edən Robertin vəzittətinə tibbi müayinədən sonra aydınlıq gələcək.