Fransa millisində daha bir ciddi itki

19.10.2022 14:32 356
Dünya futbolu
"Lion"un yarımmüdafiəçisi Korentin Tolisso Liqa 1-in 11-ci turunun "Renn"lə oyununda (2:3) sıradan çıxıb.

"Footbal-plus.az" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun sol bud nahiyəsində zədə var. Bu səbəbdən Tolisso bir neçə ay yaşıl meydanlardan kənar qalacaq. Fransa millisinin üçün DÇ-2022-ni kənardan izləməli olacaq.

Daha əvvəl Nqolo Kantenin dünya çempionatında oynaya bilməyəcəyi açıqlanmışdı.