“Barselona”nın prezidenti Xuan Laportanın oğlu ilə bağlı sensasiyalı xəbər yayılıb.
Football-plus.az xəbər verir ki, İspaniyanın 20minutos.es saytı Gillem Laportanın həbs olunduğu haqda məlumat verib.
Bu mənbəyə inansaq, Laporta Madriddəki restoranlardan birində saxlanılıb. Onun restoranda yemək yediyi sevgilisini hədələdiyi iddia edilir. Gillem onu saxlayan polislərə müqavimət göstərib. Prezidentin oğlunun sərt rəftar ittihamı ilə məhkəmə qarşısına çıxacağı da bildirilib.