"Barselona"nın prezidentinin oğlu saxlanıldı

17.10.2022 09:49 352
Dünya futbolu
"Barselona"nın prezidenti Xoan Laportanın oğlu Gillem Laporta saxlanılıb.

"Footbal-plus.az" xəbər verir ki, funksionerin ortancıl oğlu Madriddə restoranların birində sevgilisi ilə mübahisə edib.

Gillem insanların gözü qarşısında sevgilisini hədələyib. Məsələyə qarışan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə də sərt danışan və onlara müqavimət göstərən Laporta saxlanılıb. Onun bu gün məhkəməsi olacaq.

Dünən "Barselona" Madriddə "Real"a 1:3 hesabıyla uduzub.