Erlinq Holannın fenomenal məhsuldarlığı İngiltərədə gündəm mövzusu olmaqda davam edir.
Norveçli qoleador ''Mançester Siti''də 13 rəsmi oyuna artıq 20 qol vurub. Premyer-liqa tarixinin ən məhsuldar oyunçusu olan Alan Şirer də bu mövzudan kənar qalmayıb. Amma o bildirib ki, Harri Keyn ''Siti''yə keçsəydi, o da eyni məhsuldarlığı göstərərdi. Xatırladaq ki, ''şəhərlilər'' ötən yay ''Tottenhem''in ulduzunu transfer etmək üçün dəridən qabıqdan çıxsalar da, istəklərinə çata bilməmişdilər.
Bu arada ''Siti''nin baş məşqçisi Xosep Qvardiola Alan Şirerin sözlərinə reaksiya bildirərək bunları deyib: