Bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cu turunda "Qarabağ" doğma meydanda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, bu görüşdə rəqib komandanın azarkeşləri olmayacaq. Əvvəlcədən kub tərəfindən 50 yerin bron edilmişdi. Lakin "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə saytımıza yunan azarkeşlərin bu oyuna gəlməyəcəklərini bildirdi. Bu səbəbdən onlar üçün ayrılan 28-ci sektorun biletləri də satışa çıxarıldı.
Qeyd edək ki, “Qarabağ” ilk matçda 3 cavabsız qolla qalib gəlmişdi.
ŞAİR ABDULLA