“Olimpiakos”la oyundan öncə Qurban Qurbanovu sevindirən xəbər

11.10.2022 19:34 9 172
Manşet / Avropa Liqası
Bildiyiniz kimi, premyer-liqanın 9-cu turunun “Qəbələ” - “Qarabağ” (0:1) matçında qonaqların futbolçusu Leandro Andrade zədələnmişdi.

“Football-plus.az” xəbər verir ki, kabo verdeli yarımmüdafiəçi bu səbəbdən 27-ci dəqiqədə oyunu yarımçıq tərk etmək məcburiyyətində qaldı. Görəsən, onun durumu necədi, “Olimpiakos”la matçda komandasına kömək edə biləcək?

Sualımızı klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə belə cavabladı:

“Leandro Andradenin zədəsi ciddi deyil. Ötən gün baş tutan məşqdə də iştirak edib. Yəni, durumu yaxşıdı”.

İLKİN SULTANLI