Zubir "Nant"la oyundan sonra paylaşım etdi - "Davam edirik"

16.09.2022 11:34 517
Avropa Liqası
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"ı məğlub etdikləri matçdan (3:0) sonra instaqramda paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, komandasının ikinci qoluna imza atan yarımmüdafiəçi postunda bunları yazıb:

"Nə axşam idi! Nə komanda idi! Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Davam edirik"
.