“Zirə” qazonda problem görmür

12.10.2022 19:17 331
Premyer-liqa / Manşet
"Zirə" - "Şamaxı" matçında stadionunun ot örtüyünün saralması, mübarizələr zamanı qopmalar diqqətimizi çəkdi.

Mövcud problemin səbəbini aydınlaşdırmaq üçün klubun mətbuat katibi Elmar Abdullazadə ilə əlaqə saxladıq:
"Burda xüsusi bir şey yoxdu. Oyundu, meydanda mübarizə gedir, belə şeylər normaldı. Hər matçdan sonra da mütəxəssislər qopan yerləri bərpa edib növbəti oyuna hazır vəziyyətə gətirirlər".


ABDULLA İSMAYILOĞLU