“Latsio” – “Milan” matçında (1:2) hesabı açan Çiro İmmobile mövsümün həlledici mərhələsində də məhsuldar çıxışı ilə seçilir.
O, A seriyasındakı qollarının sayını 26-ya çatdıraraq bombardirlərin yarışında vahid liderliyini davam etdirib. “Latsio”nun 32 yaşlı hücumçusu son 6 ildə Avropanın 5 aparıcı liqasında azı üç mövsümdə 25-dən çox qol vuran 4-cü oyunçu oldu. Bunu daha əvvəl Lionel Messi, Kriştiano Ronaldo və Robert Levandovski bacarmışdı. İmmobilenin 2017/18 mövsümündə rəqib qapılarına 29, 2019/20 mövsümündə isə 36 dəfə yol tapdığını xatırladaq.