İtaliya çempionatının bazar ertəsi keçirilən “Venetsiya” ilə oyunu Çiro İmmobile üçün əlamətdar olub.
O, komandasının Romada 1:0 hesabı ilə qalib gəldiyi matçda penalti ilə hesabı açmaqla A seriyasında “Latsio”nun formasında vurduğu qolların sayını 144-ə çatdırıb. İmmobile bununla da romalıların sabiq hücumçusu Silvio Piolanın rekordunu yeniləyib.
32 yaşlı İmmobile 2016-cı ildən çıxış etdiyi paytaxt klubunun formasında A seriyasında 201 oyun keçirib.
Qeyd edək ki, o, artıq bu liqada ardıcıl 3-cü mövsümdü azı 20 qol vurur. Çiro ötən mövsüm rəqib qapılarına 20 dəfə yol tapmışdı. 2019/20 mövsümündə 36 qol vurmaqla ən yaxşı göstəricisinə imza atan forvard hazırda ölkə çempionatında 21 qolla bombardirlərin siyahısına başçılıq edir.