• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş”ın transfer gündəmi

Dünya futbolu

8-07-2022, 12:0

''Beşiktaş'' Cenk Tosunun ardından, nəhayət, əsas transferini rəsmən açıqladı.

Football-plus.az xəbər verir ki, İstanbul nəhəngi niderlandlı forvard Vut Veqhorstu heyətinə qatdı. 29 yaşlı futbolçu ''Bernli''dən birilliyə icarəyə götürülüb. Veqhorsta ''Bernli''də qazandığı məbləğ, yəni illik 2,8 milyon avro məvacib ödəniləcək. Bu üzdən ''Qartal'' ingilislərə icarə haqqı ödəməyəcək. Bundan başqa, müqavilədə maksimum 200 min avroluq performans bonusu da nəzərdə tutulub. Veqhorst ''ağ-qaralar''da ''10'' nömrəli formanı geyəcək. Təcrübəli futbolçunun sözlərinə görə, ''Beşiktaş''ı seçməsində fanatların böyük rolu olub. Azarkeşlər ona durmadan mesajlar göndəriblər və hətta Niderlanddakı evinin önünə klubun formasını və şərfini də qoyublar. Veqhorst həm bunları nəzərə aldığını, həm Türkiyədə oynamış həmyerliləri ilə məsləhətləşdiyini, həm də qəlbinin səsini dinləyərək ''Beşiktaş''ı seçdiyini bildirib. Qısaca qeyd edək ki, ''Bernli''dən savayı ''Volfsburq'', ''Herakl'', “Emmen” və ''Alkmaar''ın şərəfini qorumuş Veqhorst peşəkar karyerasında 396 rəsmi oyuna 163 qol vurub. Niderland yığmasında isə 14 oyuna 3 dəfə fərqlənib. Ən son Millətlər Liqasında Uelsə qarşı səfər oyununda qələbə qolunu məhz bu futbolçu vurmuşdu.

Türkiyə mətbuatının yazdığına inansaq, ''Beşiktaş'' Cekson Mulekanı da transfer edib. Bu transferin qarşılığında ''Standard''a 3,5 milyon avro və sonrakı satışdan 15 faiz pay veriləcək. 22 yaşlı konqolu forvardla beşillik anlaşma əldə olunub. Onun illik məvacibi 1,1 milyon avro olacaq. Muleka ötən mövsümün ikinci dövrəsinə damğa vurmuş və icarə əsasında şərəfini qoruduğu ''Kasımpaşa''da 14 oyuna 12 qol, 4 məhsuldar ötürməlik mükəmməl performans sərgiləmişdi.

Onu da bildirək ki, ''Beşiktaş'' srağagün toplanış üçün Avstriyanın Zaltsburq şəhərinə yollanıb. Valerien İsmaelin komandası Bad Harinq qəsəbəsində iyulun 16-na qədər toplanış keçəcək. Yeni transferlərdən Cenklə Fernandeş də komanda ilə birlikdədi. Saiss, Gezzal və N'Kudu bu gün, Veqhorst isə daha sonra düşərgəyə qoşulacaq. Bu arada ''Ayntraxt''a transferi düyünə düşən istedadlı sol müdafiəçi Rıdvan Yılmazın da komanda ilə birlikdə toplanışa yollanması diqqəti çəkib. ''Beşiktaş''ın frankfurtlulardan nəğd şəkildə 4 milyon avro tələb etməsindən sonra qarşı tərəf klub rəsmiləri ilə əlaqələri kəsərək danışıqları dayandırıb. Böyük ehtimalla artıq bu keçid baş tutmayacaq. Amma ''Torino''nun Rıdvana marağı davam edir. İtalyanlar 4 milyon avronu nəğd ödəməyə hazırdı.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-06-2022, 14:0

Məhşur forvard ''Beşiktaş'' üçün İstanbula gəlir

Dünya futbolu

6-06-2022, 18:0

"Beşiktaş" İngiltərə klubunun futbolçusunu transfer edə bilər

Dünya futbolu

3-07-2022, 15:0

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Dünya futbolu

7-06-2022, 21:0

''Beşiktaş'' Cenklə Burak arasında seçim edə bilmir

Dünya futbolu

17-06-2022, 14:0

"Beşiktaş" premyer-liqadan futbolçu transfer etdi

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə