Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) oyunbaşına orta hesabla ən çox qol vəziyyəti yaradılan və ən çox qol vurulan futbol çempionatlarını açıqlayıb.
"Footbal-plus.az" xəbər verir ki, siyahıda Azərbaycan premyer-liqası da yer alıb.
Ölkə çempionatında hər oyunda ortalama 10,58 qol şansı yaradılıb. Fürsətlərin qola çevrilməsi isə ortalama 2,60-dır. Bunların 0,22-si isə penaltidən olub. Azərbaycan Premyer Liqası bu göstəricidə 74 çempionat arasında 37-cidi.
Siyahının ilk pilləsində Almaniya Bundesliqası yer alır. Çempionatda ortalama 12,96 qol şansı yaradılır. Matçlarda hər görüşə ortalama 3,04 qol qeydə alınır.