Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın 90 ən yaxşı liqasının siyahısını hazırlayıb.
"Football-plus.az" saytının məlumatına görə, ilk "3-lük"də Azərbaycan premyer - liqası da yer alıb. Ölkə çempionatımız 1069 günlük göstərici ilə dünya sıralamasında 3-cü pillədə qərarlaşıb. Premyer-liqa qurumun UEFA-ya üzv assosiasiyaların yer aldığı siyahıda da mövqeyi dəyişməyib.
Qeyd edək ki, siyahının ilk pilləsində Şimali İrlandiya Premyer Liqası (1 563 gün) qərarlaşıb. Uels çempionatı (1 348) isə 2-ci olub.